Həkim haqqında

Tədris, təlimlər və vebinarlar

Dr. Günay Süleymanlı klinik işlə yanaşı, həkimlər, rezidentlər və tibb tələbələri üçün təlimlər aparır. Anemiya bu təlimlərin əsas mövzularındandır. O, tibb tələbələri ilə görüşdə anemiyanın növlərini, klinik əlamətlərini və diaqnostik yanaşmaları müzakirə edib. 2026-cı ilin iyununda isə həkimlər üçün onlayn vebinarda laborator göstəricilərin şərhi və müasir müalicə prinsiplərindən danışıb. Universal Hospitalda həkimlər üçün anafilaktik şokun erkən tanınması, təcili müdaxilə alqoritmi və müalicə prinsipləri haqqında daxili təlim aparıb. 2026-cı ilin aprelində Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin 2-ci Milli Konqresində «Osteoartritlərə terapevt yanaşması» mövzusunda məruzə edib.

13.06.2026

«Anemiyaya yanaşma»

Anemiyanın növləri, diaqnostik yanaşma, laborator göstəricilərin şərhi, müalicə prinsipləri. Ödənişsiz onlayn vebinar; həkim təlimçi kimi.

FLOGSUC MMC

09.04.2026

«Osteoartritlərə terapevt yanaşması»

Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin 2-ci Milli Konqresi, Revmatologiya paneli (A zalı, 3-cü panel); moderatorlar Prof. Dr. Fərhad Talıbov və Dr. Alidə Alıyeva.

Azərbaycan Daxili Xəstəliklər Dərnəyi; Heydər Əliyev Mərkəzi

Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin 2-ci Milli Konqresi, revmatologiya panelinin proqramı

Digər təlim və görüşlər

  • «Anafilaktik şok: klinik təzahürü və müalicə prinsipləri»

    Universal Hospitalda həkimlər üçün daxili elmi təlim: anafilaktik şokun erkən tanınması, təcili müdaxilə alqoritmi və müalicə prinsipləri.

  • «Anemiyanın növləri, klinik əlamətləri və diaqnostik yanaşmalar»

    UMDC-nin dəvəti ilə tibb tələbələri ilə görüş.

  • Daxili xəstəliklər üzrə təlimlər

    Rezidentlər və tibb tələbələri üçün daxili xəstəliklər mövzusunda təlim proqramı.

Dr. Günay Süleymanlı 2-ci Milli Konqresdə tribunada
Məruzə: «Osteoartritlərə terapevt yanaşması» · 9 aprel 2026, Heydər Əliyev Mərkəzi
Uzm. Dr. Günay SüleymanlıTerapevt · daxili xəstəliklər

Xəstəlik, şikayət, analiz və ya mövzu adını yazın.

Uzm. Dr. Günay Süleymanlı

Uzm. Dr. Günay Süleymanlı

Terapevt, daxili xəstəliklər mütəxəssisi

Universal Hospital
Bakı, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 196

Kontaktı telefona yazın